Avropa parlamentinin qarşısında Mixeil Saakaşviliyə azadlıq aksiyası keçirilib
Brüsseldə Avropa parlamentinin qarşısında Mixeil Saakaşviliyə azadlıq aksiyası keçirilib.
InterPress.ge xəbər verir ki, aksiyanı partiyanın üzvü Rəfi Orucov təşkil edib.
Aksiyada Bolnisi bələdiyyə üzvü Müşviq Əlləzov, azərbaycanlı, gürcü və Ukrayna vətəndaşları iştirak edərək Mixeil Saakaşvilinin azad olunmasını, Ukraynaya həmrəylik tələbi irəli sürüblər. Çıxış edənlər Saakaşvilinin əsassız həbs edildiyini və onun hüquqlarının pozulduğunu vurğulayıblar. İştirakçılar adından Avropa parlamentinə bəyannamə göndərilib. Bəyannamədə Mixeil Saakaşviliyə azadlıq, hüquqlarının qorunması tələb edilib. Bəyannamə iştirakçılar tərəfindən imzalandıqdan sonra avropa parlamentinə təqdim edilib.
Aksiyanın təşkilatçısı Rəfi Orucov bildirib ki, bu tip aksiyalar Gürcüstanda və dünyanın hər bir yerində keçirilir.
"Mixeil Saakaşvili bizim ölkəyə demokratiya gətirərək inkişafa və tərəqqiyə yol açmışdır, o, dünyaca tanınan böyük siyasətçi və reformatordur. Gürcüstana xalqın tələbi ilə qayıdan Saakaşvili hal hazırda əsassız ittihamlarla həbsdədir, biz Avropa Parlamentinin üzvlərinə onun hüquqlarının qorunması və azadlığı üçün səylər göstərmələri üçün müraciət edirik. Bu gün Ukraynada baş verən qanlı hadisələr bizim ölkəmizin də başına gəlmişdir. Məhz Mixeil Saakaşvili təslim olmadığı üçün bu gün Putin ondan intiqam alır və biz onu Putinin əsiri kimi qəbul edirik. Beynəlxalq təşkilatlar, dünya ictimaiyyəti ona qarşı edilən haqsızlıqlara səsini çıxararaq azadlığını təmin etməlidir".
Aksiya iştirakçılarından olan, Bolnisi bələdiyyə məclisinin üzvü Müşviq Əlləzov da həmçinin müsahibəsində Ukrayna xalqına həmrəyliyi və Saakaşvilinin azadlığının bər loqərar olması tələbini irəli sürdü.


