26 
Mar
2022
21:20
620

Anonymous haker qrupu Rusiyanın mərkəzi bankına hücum etdi və Putinə ismarıc göndərdi

Bu yaxınlarda Rusiya Mərkəzi Bankının kompüter sisteminə sızdığını bildirən Anonymous haker qrupu 28 GB həcmində məlumat yayıb. 

InterPress.ge xəbər verir ki, sənədə keçidlər Anonymous-un Twitter hesabında verilib.

Hakerlər sənədlərin internetdə müxtəlif nöqtələrə göndərildiyini və senzuradan keçərsə, hakerlərin yeni linklər yayacaqlarini iddia edirlər.
İnternetdə yüzlərlə audit hesabatı və bank sahibləri haqqında məlumatlar peyda olub. Hakerlər özləri Mərkəzi Bankın “gizli razılaşmalarına” giriş əldə etdiklərini iddia edirlər.
Anonymous Rusiya prezidenti Vladimir Putinə də videomüraciət yayıb.
“Putin, sənin heç bir sirrin gizlin deyil. Biz hər yerdəyik, sarayındayıq, süfrəndəyik, yataq otağınızdayıq. Biz Rusiya Mərkəzi Bankından yüzlərlə sənəd götürmüşük: müqavilələr, məktublar, əməliyyatlar, oliqarxlarınızın kommersiya sirləri, ictimaiyyətdən gizlədilən iqtisadi hesabatlar”, - videoda deyilir.

Xatırladaq ki, “Anonymous” haker qrupu fevralın 24-də, Rusiyanın Ukraynaya təcavüzünün ilk günündə Rusiyanın dövlət qurumlarına və media saytlarına kiberhücumlar edəcəyini açıqlayıb. Hücumlar Kremlin, Dövlət Dumasının, Müdafiə Nazirliyinin və digər qurumların saytlarına edilib. 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər