Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

711
Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Dinləmək üçün basın

Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

Ötən gün ərzində Türkiyədə koronavirusdan 17 nəfər ölüb.

InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

O, qeyd edib ki, bununla da COVID-19-dan ölənlərin sayı 4 746 nəfərə çatıb.

Son sutka ərzində təhlükəli virusa daha 922 nəfər yoluxub. Bununla da koronavirusa yoluxanların sayı 173 036 nəfərə yüksəlib.

Bu gün koronavirusla bağlı 36 521 test aparılıb. Beləliklə, yeni növ virusla bağlı aparılan teslərin sayı 2 451 700-ə çatıb.

Nazir bildirib ki, son gündə 2 241 koronavirus xəstəsi sağalaraq evə buraxılıb. Türkiyədə koronavirusdan sağalanların ümumi sayı 146 839nəfər təşkil edir.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,3milyonu ötüb. Bunların 3,6 milyon nəfərdən çoxu sağalıb, 414 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →