28 
Mar
2022
10:25
725

Gürcüstan və Aİ arasında vizasız rejimin tətbiqindən 5 il ötür

Bu gün Avropa İttifaqı (Aİ) və Gürcüstan arasında vizasız rejimin qüvvəyə minməsindən 5 il ötür.

InterPress.ge xəbər verir ki, 2017-ci ilin mart ayının 28-dən etibarən biometrik pasportları olan Gürcüstan vətəndaşları Şengen zonasına turistik və işgüzar səfərləri vizasız həyata keçirə bilirlər.

Səfərin müddəti yarım ildə bir dəfədən çox olmayaraq 90 gün təşkil etməlidir.

Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani bildirib ki, viza rejiminin liberallaşdırılması ölkənin Aİ-yə inteqrasiya prosesində tələb edilən bütün meyarlara cavab verməyə tam hazırlığını təsdiqləyən daha bir sübutdur.

Bizimlə əlaqə saxlayın