28 
Mar
2022
11:12
475

Bu gün Mixeil Saakaşvilinin məhkəməsi baş tutacaq

Bu gün 7 noyabr işi  üzrə Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin məhkəməsi keçiriləcək.

lnterPress.ge xəbər verir ki, iclas saat 15:00-da Tbilisi Şəhər Məhkəməsində baş tutacaq.

Məhkəmədə təqsirləndirilən Saakaşvilinin özü iştirak edəcək.

Dövlət ittihamnaməsində Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də nümayişçilərin kütləvi şəkildə dağıdılmasında, İmedi TV-yə müdaxilədə və Badri Patarkatsişvilinin əmlakını cinayətlə ələ keçirməkdə ittiham olunur.

Gürcüstanın keçmiş prezidentinə qarşı Gürcüstan Cinayət Məcəlləsinin fiziki və ya hüquqi şəxsin, cəmiyyətin və ya dövlətin hüquqlarının əsaslı şəkildə pozulmasına səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəni nəzərdə tutan 333-cü maddəsinin üçüncü hissəsi ilə ittiham irəli sürülüb. Sözügedən cəza 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Bu işdə Saakaşvili ilə birlikdə Vano Merabişvili, Zurab Adeişvili, Davit Kezeraşvili və Qiqi Uqulava  ittiham olunur.

Bizimlə əlaqə saxlayın