Volodimir Zelenski: "Ruslar tərəfindən əsir götürülmüş merlərdən bir neçəsi öldürülüb"
"Ruslar şəhərlərimizin merlərini oğurlayır, bəzilərini tapa bilmirik, bəzilərini artıq tapmışıq və onlar öldürülüb”.
InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski “The Economist”ə müsahibəsində bildirib.
O, onların bəzilərinin hətta sakinlərlə əvəz olunduğunu bildirib.
Zelenskinin qeyd etdiyinə görə, Putin üçün güc zorakılıq deməkdir. Onun sözlərinə görə, Rusiya ordusu 2014-cü ildə Donbasda istifadə etdiyi üsullardan istifadə edir.
“Biz qələbəyə inanırıq. Başqa heç nəyə inanmaq mümkün deyil. Biz mütləq qalib gələcəyik, çünki bura bizim evimizdir, torpağımızdır, müstəqilliyimizdir. Bu, yalnız zaman məsələsidir.",- Zelenski bildirib.
Ukrayna prezidentinin sözlərinə görə, ölkəsinin qələbəsi təkcə ukraynalıların döyüş ruhundan deyil, həm də Qərbin dəstəyindən asılıdır. Zelenski deyir ki, Ukraynanın indi tanklara, zirehli maşınlara və hərbi təyyarələrə ehtiyacı var.


