28 
Mar
2022
22:36
10038

Vladimir Putin bu ölkələrin vətəndaşlarının Rusiyaya girişini məhdudlaşdıracaq

Rusiya “dost olmayan” ölkələrin vətəndaşlarının, o cümlədən Böyük Britaniyanın, bütün Aİ ölkələri və ABŞ vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmağa hazırlaşır.

InterPress.ge xəbər verir ki, bu barədə 
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bir sıra xarici dövlətlərin “qeyri-dost” hərəkətlərinə cavab olaraq viza tədbirləri ilə bağlı prezident fərmanının layihəsi hazırlanır”, - Lavrov televiziya ilə çıxışında deyib.

O əlavə edib ki, bu akt Rusiyaya girişə bir sıra məhdudiyyətlər qoyacaq.

Qərbin Rusiyaya qarşı sanksiyalarından sonra rəsmi Moskva “dost olmayan” ölkələr siyahısını genişləndirib. Hazırda siyahıya ABŞ, Avstraliya, Kanada, Böyük Britaniya, Yeni Zelandiya, Yaponiya, Cənubi Koreya, Aİ-nin bütün üzv dövlətləri və bir neçə başqa ölkələr daxildir.

Bizimlə əlaqə saxlayın