Gürcüstan Ermənistana tibbi heyətlə kömək edəcək
"Heç bir ölkə tək başına koronavirusun yaratdığı böhranın öhdəsindən gələ bilməyəcək".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri Giorgi Qaxariya deyib.
Onun sözlərinə görə, Gürcüstan qonşu Ermənistana yardım məsələsini nəzərdən keçirir və müvafiq vəzifə artıq Səhiyyə Nazirliyinə verilib.
“Qarşılıqlı dəstəyə ehtiyacımız var, bildiyiniz kimi, son zamanlar qonşu ölkələrimizdə vəziyyət gərginləşib. Qonşularımızın hansı köməyə ehtiyacı olduğunu artıq müəyyənləşdirdik. Qarşılıqlı dəstək son dərəcə vacibdir. Artıq Səhiyyə Nazirliyinə Gürcüstanın qonşu Ermənistana göstərə biləcəyi yardımı hazırlamaq tapşırılıb.
Görünür ki, bu, ilk növbədə tibb işçilərinin köməyi olacaq, belə bir tələb qonşularımız tərəfindən edilib "- Qaxaria bildirib.