İrakli Kobaxidze: "Gürcüstanda müharibənin başlamaması ehtiyatlılığın nəticəsidir"
"Ukrayna NATO-nun üzvü deyil və buna görə də 5-ci punkt onlara tətbiq edilmir. Təəssüf ki, bununla bağlı əldə etdiyimiz çətin nəticələr proqnozlaşdırıla bilən idi. Təəssüf ki, bu punkt Gürcüstana da aid deyil. Bu, çox ciddi çətinlikdir!".
InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze parlamentdə jurnalistlərə açıqlamasında deyib.
“Ona görə də biz ölkəmizdə müharibəyə imkan verməmək üçün çox diqqətli olduq. Əsas narahatlığımız bu idi. Gürcüstanda müharibənin başlamaması ehtiyatlılığın nəticəsidir. Gürcüstanda konkret siyasi qüvvə var idi ki, hərbi inteqrasiya istəyirdi. Nəinki istədilər, bunun üçün hər şeyi etdilər. Bir aydır ki, biz bunun əksini edirik və müharibənin qarşısını almaq üçün hər şeyi etdik”, - Kobaxidze bildirib.


