11 
Iyn
2020
15:09
645

Ukrayna səfiri Gürcüstanın Xarici İşlər Nazirliyinə çağrılacaq

"Saakaşvilinin Gürcüstanın Daxili siyasətinə qarışmağa davam edəcəyi gözlənirdi".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Naziri David Zalkaniani Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin bəyanatı ilə bağlı deyib.

Onun dediyinə görə, Gürcüstanın Ukraynadaki səfirinin məsləhətləşmələr üçün geri çağırılması da bununla bağlı idi.

“Biz bu məsələyə ona görə ciddi yanaşdıq. Gürcüstanda axtarışda olan şəxs Ukraynada yüksək vəzifəyə təyin olunur və onun Gürcüstanın daxili siyasətinə qarışacağı gözlənilirdi.

Təbii ki, Saakaşvilinin dünən verdiyi bəyanat Ukraynanın rəsmi vəzifəli şəxsinin, başqa ölkənin daxili siyasətinə və seçkilərinə birbaşa qarışmaqdır.

Bu bəyanatla bağlı Ukraynalı həmkarlarımızın fikirləri maraqlıdır və bu məsələ ilə bağlı onlarla görüşəcəyik. Əlbəttə ki, Ukraynanın Gürcüstandaki səfirini Xarici İşlər Nazirliyinə dəvət etdik və bu məsələ ilə bağlı onu da dinləyəcəyik” – dedi Davit Zalkaniani.

Xatırladaq ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili bəyanat yaydı:

“Gürcüstanın tamamilə yox olub getməsinə durub sakit baxmağı düşünmürəm. Əlbəttə ki, mübarizənin ilk xəttində olacam”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər