03 
Apr
2022
22:52
799

Gürcüstan parlamentinin sədri Buçadakı dəhşətli qəddarlıqdan sarsıldığını bildirib

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Buçadakı dəhşətli qəddarlıqdan sarsıldığını bildirib.

InterPress.ge xəbər verir ki, Papuaşvilinin fikrincə, buna son qoyulmalı və günahkarlar cəzalandırılmalıdır.

"Buçada və Ukraynanın digər bölgələrində baş verən dəhşətli vəhşilik məni şoka saldı. 1990-cı illərin əvvəllərində Abxaziya və Çxinvali bölgəsində dinc əhaliyə qarşı törədilən vəhşi cinayətləri xatırladım. Buna son qoyulmalı, günahkarlar cəzalandırılmalıdır", - Papuaşvili Twitterdə yazıb.

Ukrayna tərəfi Kiyev yaxınlığında işğaldan azad edilmiş şəhərlərdəki ağır vəziyyətdən, rus işğalçılarının dinc əhaliyə qarşı vəhşicəsinə qətlə yetirilməsi, zorlanması, zorakılığı və amansız rəftarından danışır. KİV-də rus işğalçılarından azad edilən Buça şəhərindən şəhərin vəziyyətini və öldürülən insanları əks etdirən kadrlar və fotolar yayılır. Qərb mediası iddia edir ki, onların jurnalistləri “qeyri-adi mənzərələrin” şahidi olublar, o cümlədən mülki geyimli, yola səpələnmiş, bəzilərinin əlləri arxaya bağlı meyitlər. Ukrayna prezidenti Vladimir Zelenski bunu soyqırım adlandırıb.

Rusiya cümə günü yaydığı bəyanatda iddiaları təkzib edib: “Rusiyanın mülki əhalisi ilə bağlı oxşar, əsassız iddialar bir neçə dəfə səsləndirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər