Yeni xarici işlər naziri təyin edildi
İlya Darçiaşvili Gürcüstanın xarici işlər naziri təyin edilib.
lnterPress.ge xəbər verir ki, müvafiq bəyanatı hökumət administrasiyasının keçirdiyi brifinqdə baş nazir İrakli Ğaribaşvili verib.
Darçiaşvili indiyədək hökumət administrasiyasının rəhbəri vəzifəsində olub.
“Mən hökumət administrasiyasının keçmiş rəhbəri İlya Darçiaşvilini xarici işlər naziri kimi təqdim etmək istərdim. İlya özəl və dövlət sektorlarında böyük iş təcrübəsinə malikdir. Onun əla təhsili, təcrübəsi var və mən inanıram ki, İlya uğurlu xarici işlər naziri olacaq. İllər əvvəl o, İnfrastruktur və Regional İnkişaf Nazirliyində nazirin birinci müavini, bundan əvvəl Bələdiyyələrin İnkişafı Fondunun rəhbəri, bundan əvvəl Polşa səfirliyində işləyib və son illərdə 4 il Gürcüstanın Polşadakı səfiri olub. İnanıram ki, İlya uğurlu xarici işlər naziri olacaq və ona uğurlar arzulayıram. Bu gün bir çox problemlərlə üzləşirik. Təbii ki, bu vəziyyətdə fəaliyyət lazımdır və əsas milli məqsədimizə çatmaq üçün bu yolda çalışmaq, bütün strateji hədəflərimizə çatmaq lazımdır. Bir daha təbrik edir, uğurlar arzulayıram",- deyə Ğaribaşvili bildirib.
İndiyədək xarici işlər naziri olan Davit Zalkalianiyə gəlincə, o, Gürcüstanın ABŞ-dakı səfiri olacaq.
(lpn)


