Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Azərbaycanlı nazir Gürcüstana rəsmi səfər edib

556
Azərbaycanlı nazir Gürcüstana rəsmi səfər edib
Dinləmək üçün basın

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb.

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin Gürcüstana rəsmi səfəri başlayıb.

InterPress.ge xəbər verir ki, nazir Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstü önünə əklil qoyaraq xatirəsini ehtiramla yad edib.

Ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları da iştirak edib.

Nazir Tbilisinin mərkəzi "Qəhrəmanlar meydanı"nda Gürcüstanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinə ucaldılmış memorialı ziyarət edərək önünə əklil qoyub.

R.Nəbiyev ikigünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →