05 
Apr
2022
10:58
392

Dmitri Kuleba: "Gürcüstanın yeni təyin olunmuş Xarici İşlər Naziri ilə işləməyi səbirsizliklə gözləyirik"


“Biz Ukrayna və Gürcüstan arasında strateji tərəfdaşlığı daha da gücləndirmək üçün Gürcüstanın yeni təyin olunmuş Xarici Işlər Naziri İlya Darçiaşvili ilə işləməyi səbirsizliklə gözləyirik". 

lnterPress.ge xəbər verir ki, bu barədə  Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba bildirib.

Dmitri Kuleba “Twitter” səhifəsində Gürcüstanın yeni Xarici İşlər Nazirinin təyinatına cavab verib və Gürcüstanın Rusiyanın təcavüzünə qarşı mübarizədə Ukraynanı dəstəkləyəcəyinə ümid etdiyini bildirib.

“Biz Ukrayna və Gürcüstan arasında strateji tərəfdaşlığı daha da gücləndirmək üçün Gürcüstanın yeni təyin olunmuş xarici işlər naziri İlya Darçiaşvili ilə işləməyi səbirsizliklə gözləyirik. Biz Rusiyanın təcavüzünə qarşı mübarizədə Gürcüstanın tam dəstək göstərəcəyinə ümid edirik”,- deyə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri yazıb.

(lpn)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər