05 
Apr
2022
11:45
741

Avropa Parlamenti Gürcüstanı bunlara görə tənqid etdi


2020-ci ildən Gürcüstan demokratik prinsiplər və Assosiasiya Sazişi çərçivəsində üzərinə götürdüyü əsas siyasi öhdəliklər baxımından ciddi şəkildə geri çəkilib.

 lnterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin Aİ-Gürcüstan Assosiasiyası Sazişinin icrasından bəhs edən və 2020-2022-ci illəri əhatə edən hesabatında bəhs edilir.

Sənəddə qeyd olunub ki, “kəskin siyasi qütbləşmə şəraitində demokratik təsisatlar getdikcə mahiyyətini itirir, hakim koalisiya isə getdikcə daha çox diqqəti hakimiyyəti ələ keçirməyə cəmləşdirir, eyni zamanda fərqli fikirlər üçün məkanı məhdudlaşdırır”.

Hesabatda ölkədə qanunun aliliyinin əhəmiyyətli dərəcədə pisləşdiyi vurğulanıb.

“Qanunun aliliyi əhəmiyyətli dərəcədə pisləşib, bunu müxalifət liderlərinin həbsləri, 2019-cu ilin iyun və 2021-ci ilin iyulunda baş vermiş zorakılıq hadisələrinin səmərəsiz araşdırılması və Dövlət Müfəttişliyi İdarəsinin ləğvi barədə qərar sübut edir”, - deyə sənəddə bildirilib.

Qiymətləndirmədə həmçinin, 2020-ci ildən bəri məhkəmə sistemində baş verən hazırkı hadisələr Assosiasiya Sazişinin həyata keçirilməsinə mane olduğu da vurğulanıb.

“Xüsusən də, hakimlərin tələsik və qeyri-şəffaf təyinatları, Baş prokurorun təyinatı ilə bağlı islahatların aparılmaması və ümumi məhkəmələr haqqında qanuna edilən dəyişikliklər”, - deyə hesabatda qeyd olunub. 

Korrupsiyaya qarşı mübarizəyə gəlincə, sənəddə vurğulanıb ki, “Gürcüstan korrupsiyaya qarşı mübarizədə regional lider olaraq qalır, antikorrupsiya islahatları son illərdə ləngiyib, yüksək səviyyəli korrupsiyanın effektiv araşdırılması və cinayət təqibi əsas problem olaraq qalır”.

Bundan başqa, sənəd Gürcüstandakı media mühitini də əhatə edir.

“Gürcüstan mediasının vəziyyəti xeyli pisləşib. Media mühiti plüralizm olsa da, siyasi böhranla paralel olaraq medianın qütbləşməsi də artıb. Gürcüstanda jurnalistlərin işlədiyi iş mühiti, medianın işinə siyasi müdaxilələr, jurnalistlərə qarşı şifahi və fiziki hücumlar səbəbindən çətinləşib. Gürcüstan vətəndaş cəmiyyəti güclüdür, lakin ona ölkədə artan siyasi antaqonizm təsir edir”,- deyə sənəddə qeyd olunub.

Qiymətləndirməyə əsasən, Gürcüstan 2020-ci ildən vizasız rejimlə bağlı əsas tələbləri davamlı şəkildə yerinə yetirir və cinayətkarlıqla mübarizədə Aİ strukturları və üzv dövlətlərlə səmərəli əməkdaşlıq edib.

Sənəddə əməkdaşlıq xarici və təhlükəsizlik siyasəti baxımından müsbət qiymətləndirilib.

“Xarici və təhlükəsizlik siyasəti sahəsində əməkdaşlıq müsbət qiymətləndirilir, lakin Gürcüstan 2022-ci il fevralın sonunda, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdi”.

Qiymətləndirməyə görə, Gürcüstan qanunvericilik prosesləri baxımından yaxşı yolda olsa da, enerji və ətraf mühit, xüsusilə enerji səmərəliliyi sahəsində hələ də ciddi problemlərlə üzləşir.

“Lakin iqlim dəyişikliyi ilə bağlı irəliləyiş əldə olunub",- deyə sənəddə qeyd olunub.

(lpn)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər