05 
Apr
2022
13:53
813

İstanbul-Batumi təyyarəsi Batumi hava limanına enə bilmədi

Batumi Beynəlxalq Hava Limanında güclü külək səbəbindən İstanbul-Batumi təyyarəsi yerə enə bilməyib.

lnterPress.ge xəbər verir ki, bu barədə  Batumi Beynəlxalq Hava Limanından məlumat verilib.

İstanbul-Batumi reysini yerinə yetirən təyyarə, Türkiyənin Trabzon şəhərinə uçub, bundan əvvəl təyyarə bir neçə dəfə Batumi hava limanına enməyə cəhd etsə də, nəticə ala bilməyib.

(lpn)

Bizimlə əlaqə saxlayın