
Məcburi maska taxma ilə bağlı qaydaları parlament qəbul edəcək - Artıq bu yerlərdə maska taxmayan şəxslər cərimələnəcək
Maskanın məcburi taxma qaydası ilə bağlı qanunvericilik dəyişikliklərini Parlament bu gün üçüncü dinləmə ilə qəbul edəcək.
InterPress.ge xəbər verir ki, qanunlayihənin müzakirəsi üçüncü dinləmə ilə öncə Hüquq Komitəsində baş verəcək, sonra isə, plenar sessiyada təsdiq olunacaq.
Prosedura əsasən, qanunlayihənin təsdiq olunmasından sonra sənəd Gürcüstan prezidentinə göndəriləcək, Salome Zurabişvilinin imzasından sonra isə, qüvvəyə minəcək.
Qanunlayihədə qeyd olunub ki, pandemiya və ya epidemiya zamanı qapalı məkanlarda toplaşarkən maskanın gəzdirilməsi qaydasının pozulması və ya maskası olmayan insanın müəssisəyə buraxılması zamanı fiziki şəxs 50 lari ilə, qapalı müəssisənin sahibi hüquqi şəxs isə, 500 lari ilə cərimələnəcək.
Dəyişikliklərlə, ictimai nəqliyyatla, metropolitenlə yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək. Bununla yanaşı, təşəbbüslə, taksi ilə (M1 kateqoriya) yolçuluq zamanı maskanın taxılma qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək.