06 
Apr
2022
15:39
489

Kaxa Kaladze: "Müxalifəti seçkilərdə növbəti məğlubiyyət münasibətilə təbrik etmək istərdim"

"Müxalifət çıxılmaz və çox çətin vəziyyətdədir. Yeri gəlmişkən, onları seçkilərdə növbəti məğlubiyyət münasibətilə təbrik etmək istərdim".

InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, konkret siyasi partiyaların və siyasətçilərin ölkənin düşmənləri olduğu aydındır və onların son açıqlamaları isə iyrəncdir.

“Son aylarda və həftələrdə konkret müxalifət siyasətçilərindən eşitdiklərimiz iyrəncdir və  təəssüf doğurur, bu hər kəsə şamil olunmur. Görünən odur ki, bu adamlar və konkret siyasi partiyalar ölkənin düşmənidir və ölkənin mənafeyinə zidd olan bir bəyanat, bircə də təsirli addım görmədik. Ancaq nə qədər çalışsalar da, Gürcüstan hökuməti hər şeyi, ilk növbədə, ölkəmizin və xalqımızın mənafeyi naminə edəcək.

Strateji tərəfdaşlarımız Gürcüstanın çətinliklərin öhdəsindən gəldiyindən danışırlar. Gürcüstan Ukrayna xalqının yanındadır və biz bütün platformalarda Ukraynanı dəstəkləmək üçün hər şeyi edirik. Bu istiqamətdə konkret addımlar atılıb və biz gələcəkdə Ukrayna xalqını dəstəkləmək üçün hər şeyi edəcəyik”, -  deyə Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın