12 
Iyn
2020
13:41
1125

Məcburi maska taxılması qaydası ilə bağlı qanunvericilik dəyişiklikləri təsdiq edildi

Maskanın məcburi gəzdirilməsi qaydası ilə bağlı qanunvericilik dəyişikliklərini Gürcüstan Parlamenti üçüncü dinləmə ilə təsdiq etdi.

InterPress.ge xəbər verir ki, qanunlayihəni 73 deputat dəstəklədi, əleyhinə çıxan olmayıb.

Prosedura əsasən, sənəd Gürcüstan prezidentinə göndəriləcək, Salome Zurabişvilinin imzasından sonra isə, qüvvəyə minəcək.

Qanunlayihəyə ilə müəyyən olunub ki, pandemiya və ya epidemiya zamanı qapalı məkanlarda toplaşarkən maskanın taxılma qaydasının pozulması və ya maskası olmayan insanın müəssisəyə buraxılması zamanı fiziki şəxs 50 lari ilə, qapalı müəssisənin sahibi hüquqi şəxs isə, 500 lari ilə cərimələnəcək.

Dəyişikliklərlə, ictimai nəqliyyatla, metropolitenlə yolçuluq zamanı maskanın gəzdirilməsi qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək.

Bununla yanaşı, taksi ilə (M1 kateqoriya) yolçuluq zamanı maskanın taxılması qaydasının pozulması təqdirində sərnişin və ya sürücü 50 lari ilə cərimələnəcək.

Bizimlə əlaqə saxlayın