07 
Apr
2022
21:27
374

ABŞ müdafiə naziri: "ABŞ Donbas bölgəsində əməliyyatlar aparmaq üçün Ukrayna qüvvələrinə kəşfiyyat məlumatı verir"

 ABŞ Donbas bölgəsində əməliyyatlar aparmaq üçün Ukrayna qüvvələrinə kəşfiyyat məlumatı verir.

InterPress.ge xəbər verir ki bu barədə
ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə açıq şəkildə bəyan edib.

Senatın Silahlı Qüvvələr Komitəsi qarşısında çıxış edən Ostindən ABŞ-ın Ukraynaya işğal altındakı Donbass bölgəsində və ya işğal altındakı Krımda Rusiya qüvvələrinə qarşı hücumların həyata keçirilməsinə kömək etmək üçün kəşfiyyat məlumatı təqdim edib-etmədiyi soruşulub.

“Bəli, biz onlara Donbasda belə əməliyyatlar aparmaq üçün məlumat veririk. Bu, həqiqətdir,"- Ostin senatorun sualına cavab verdi.

Ostin cavabında Krımın adını çəkməyib.

CNN yazır ki, bu, ilk dəfədir ki, ABŞ rəsmisi ABŞ-ın Ukraynanın mübahisəli bölgədəki əməliyyatlarında rolunu açıq şəkildə etiraf edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər