Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Baş nazir Marneuliyə səfərdə olub

716
Baş nazir Marneuliyə səfərdə olub
Dinləmək üçün basın

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Marneulinin Dioknisi kəndində olub o, burada Kaxadze ailəsinin istixanasına baxış keçirib.

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Marneulinin Dioknisi kəndində olub o,  burada Kaxadze ailəsinin istixanasına baxış keçirib.

lnterPress.ge xəbər verir ki,  hökumət başçısına təsərrüfat sahibi Yuri Kaxadze ev sahibliyi edib.

Ailə “Gürcüstanda istehsal et” layihəsi çərçivəsində 5000 lari maliyyə alıb və istixana inşa edib. İstixanada mövsümdən asılı olaraq müxtəlif növ tərəvəzlərin şitilləri yetişdirilir. Bundan əlavə, ailənin albalı bağı var və məhsulu Marneuli qida fabrikinə bağışlayır.

Hökumət başçısının qeyd etdiyinə görə, Dioknisi kəndində müxtəlif infrastruktur layihələri həyata keçirilir. İçməli su layihəsi yekunlaşmaq üzrədir, bundan sonra kəndin daxili yollarının təmiri nəzərdə tutulub. Kənddə artıq Avropa standartlarına uyğun məktəb fəaliyyət göstərir, burada azərbaycanlı və gürcü tələbələr gürcü sektorunda birgə təhsil alırlar.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →