08 
Apr
2022
15:47
535

İrakli Ğaribaşvili Marneuli bələdiyyəsinin Kütlər kəndində olub

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Marneuli bələdiyyəsinin Kütlər kəndində olub, burada yeni məktəbə baş çəkib.

lnterPress.ge xəbər verir ki,  Təhsil və elm naziri Mixail Çxenkeli görülən işlər haqqında hökumət başçısına məlumat verib.

Məktəbdə müasir sinif otaqları, laboratoriyalar, akt zalı, kombinə edilmiş mini idman meydançası, yeməkxana və digər zəruri infrastruktur mövcuddur.

Baş nazirin qeyd etdiyi kimi, Bələdiyyə İnkişaf Fondunun maliyyəsi ilə Marneuli Bələdiyyəsində 8 yeni məktəb tikilir ki, onlardan beşinin tikintisi başa çatıb, üçü isə başa çatmaq üzrədir. Artıq məktəblilərin Avropa standartı şəraitində təhsil aldığı Xuldərə, Şulaver, Kütlər, Qasımlı və Candarda  tikinti başa çatıb.

İclasda baş nazirlə birlikdə Kvemo Kartli regionu üzrə dövlət nümayəndəsi Qiorqi Doxturişvili, İqtisadiyyat və Davamlı inkişaf naziri Levan Davitaşvili, Təhsil və Elm naziri Mixeil Çxenkeli, Marneuli meri Kənan Ömərov və Hökumət Administrasiyasının Regionlar Departamentinin rəhbəri Leri Barnabişvili iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər