08 
Apr
2022
17:58
517

Litva Seyminin Xarici Əlaqələr Komitəsi Gürcüstan hakimiyyətinə Saakaşvili ilə əlaqədar müraciət etdi

Litva Seyminin Xarici Əlaqələr Komitəsi Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilini Avropa dövlətinə köçürməyə çağırır. 

InterPress.ge xəbər verir ki, buna səbəb Mixail Saakaşvili üçün müvafiq müalicəyə ehtiyacdır.

“Biz Gürcüstan hakimiyyətini keçmiş prezident Mixail Saakaşvilini təcili müalicə üçün Avropa İttifaqına köçürməyə çağırırıq. O, hazırda həbsdədir və səhhətində ciddi problemlər var. Hökumətin bu addımı siyasi depolarizasiya prosesinə mühüm töhfə verəcək, Rusiya və onun peyklərinin Gürcüstanın daxili və xarici siyasət məsələlərinə müdaxiləsini dayandıracaq.

Biz həmçinin siyasi partiyaları Rusiya tərəfindən gələcək təhlükə ilə mübarizə aparmaq üçün qüvvələri birləşdirməyə çağırırıq, çünki birlik milli maraqların və Gürcüstanın ərazi bütövlüyünün qorunması üçün vacibdir”, - bəyanatda deyilir.

Xatırladaq ki, bu gün Mixail Saakaşvili onun haqqında verdiyi bəyanata görə Litva Seyminin Xarici Əlaqələr Komitəsinə təşəkkür edib.

“Mən Litva Seyminə mənim dərhal Avropa ölkəsinə köçməyimi tələb edən bəyanata görə təşəkkür etmək istəyirəm. Bu, bizim dost ölkəmiz olan Litva Seyminin bəyanatıdır, eləcə də mən polyaklara məsələni dəfələrlə ən yüksək səviyyədə qaldırdıqlarına görə təşəkkür etmək istəyirəm”, - Saakaşvili bildirib.

Bizimlə əlaqə saxlayın