09 
Apr
2022
14:44
613

Volodimir Zelenski: “Ukraynanın bu gün danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur”

Ukrayna prezidenti Volodimir Zelenskinin sözlərinə görə, Ukraynanın Vladimir Putinlə danışıqlar masasına oturmaqdan başqa çarəsi yoxdur, çünki müharibəni yalnız o dayandıra bilər.

lnterPress.ge xəbər verir ki, bu barədə Ukrayna lideri Almaniyanın “Bild” nəşrinə bildirib.

“Ukraynanın bu gün danışıqlar masasına oturmaqdan başqa yolu yoxdur. Rusiyada başqa heç kim bu müharibəni dayandıra bilməz, bu müharibənin nə vaxt bitəcəyinə yalnız biri qərar verəcək”, - deyə Zelenski bildirib.

Eyni zamanda, o, qeyd edib ki, Ukraynanın şəhər və kəndlərində rus hərbçilərinin vəhşiliklərindən sonra o, Rusiyaya və rus əsgərlərinə qarşı ikrah hissi keçirir.

“Mən bu şəkilləri gözümün qabağında görəndə - əlləri, ayaqları olmayan qətlə yetirilən uşaqların şəkillərini görəndə dəhşətə gəlirəm”, - deyə prezident deyib.

Onun sözlərinə görə, artıq ağlaya bilmir, ancaq qurbana alışmaq da mümkün deyil.

 

 

 

 

 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər