Mamuka Mdinaradze: "Onlar Gürcüstanı müharibədə iştirak etdirə bilməyəcəklər"
"Xoşbəxtlikdən belə cəhdlər uğursuzluqla başa çatacaq. Onlar Gürcüstanı müharibədə iştirak etdirə bilməyəcəklər".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze kvira.ge saytının yaydığı məlumatla bağlı jurnalistin sualını belə cavablandırıb.
Mövzu Qiorqi Marqvelaşvilinin Mixeil Saakaşvilinin göstərişi ilə Ukraynaya gedəcəyi, səfərin məqsədinin isə Gürcüstanı müharibəyə cəlb etmək olduğu deyilən məqalədən ibarətdir.
“Gürcüstan “Milli Hərəkat”ın və onun dostlarının planında iştirak etməyəcək. Gürcüstanda müharibə olmayacaq. Hökumət Gürcüstanın müharibəyə qarışmamasını təmin edir. Hökumət ölkənin milli təhlükəsizliyinin və bu ölkədə yaşayan hər bir insanın həyatının qayğısına qalır.
Allah bizi müharibədən qorusun, amma belə olan halda hamımız döyüşəcəyik, ancaq qorxularından öz binalarından küçələrə çıxa bilməyən insanlar bizi müharibəyə apara bilməyəcəklər. Bu insanlar bizə cəsarəti öyrədə bilməzlər. Döyüşməli olsaq, hamımız vuruşacağıq, amma əsas odur ki, müharibəyə qarışmayaq və bunun üçün hər şeyi edirik. Marqvelaşvili və ya kimləri cəlb etməsindən asılı olmayaraq, biz Gürcüstana qarşı bu çirkin planda iştirak etməyəcəyik”, - deyə o söyləyib.


