İrakli Kobaxidze: "Ən geci ilin sonuna qədər məhkəmə islahatları hazırlana və paket təsdiq oluna bilər"
"Ən geci ilin sonuna qədər məhkəmə islahatları hazırlana və paket təsdiq oluna bilər - Aİ-yə müraciət də daxil olmaqla, prosesin mümkün qədər tez davam etməsi bizim maraqlarımıza uyğundur".
lnterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, bu islahatın vaxtını təyin edən Çarlz Mişel sənədi artıq mövcud deyil, məhkəmə-hüquq islahatının həyata keçirilməsinin bir hissəsi olan Assosiasiyanın Gündəliyinə görə, bunun üçün vaxtları var.
“Birinci plana görə, (yaz) sessiyası bitməmiş bu paketi hazırlamaq istəyirdik, lakin təəssüf ki, müharibə bunun qarşısını aldı. Düşünürük ki, ilin sonuna və ya ondan əvvəl, ən geci ilin sonuna qədər bu paketi hazırlayıb Milli Məclisdə təsdiqləmək olar. Məhkəmə islahatları üçün konkret müddətlər razılaşdırılıb, və belə bir son tarix onsuz da sessiyanın bitməsinə qədər təsdiqlənməyib, bizim vaxtımız var, Çarlz Mişelin bildiyiniz sənədi artıq mövcud deyil, indi yeganə sənəd Assosiasiyanın Gündəliyi sənədidir və həmin sənədə görə, bizim vaxtımız var, bu islahatın düzgün başa düşülməsi bir qədər vaxt aparacaq, lakin bizim maraqlarımıza uyğun olaraq bu proqram da daxil olmaqla, bu proses mümkün qədər tez davam edəcəkdir. Bununla belə, görüləcək çox iş var”, - deyə Kobaxidze bildirib.
Kobaxidzenin sözlərinə görə, islahatlar baxımından Gürcüstan Aİ-yə sürətləndirilmiş üzvlük üçün müraciət edən digər iki ölkəni, Moldova və Ukraynanı xeyli qabaqlayır.
“Gürcüstan bütün parametrlərdə, o cümlədən iqtisadi baxımdan iki dost ölkəmizi xeyli qabaqlayır, həmçinin iqtisadiyyatımızın vəziyyəti bu iki ölkədən yaxşıdır. Həmçinin demokratik quruluşumuzun vəziyyəti daha yüksək səviyyədədir. Bununla belə, Assosiasiyanın Gündəliyində müəyyən edilmiş konkret öhdəliklərimiz var. Bu islahatlar bütün sahələri əhatə edir. Bütün istiqamətlər üzrə konkret islahatlar paketi mövcuddur ki, bu da Assosiasiyanın Gündəliyində əksini tapıb və bizim səylərimiz bütün istiqamətlərə yönəldiləcək. Bu suallar bu mövzulara da aiddir. Biz Assosiasiyanın Gündəliyi çərçivəsində razılaşdırılmış bütün öhdəlikləri vicdanla yerinə yetirəcəyik", - deyə Kobaxidze bildirib.


