İrakli Kobaxidze: "Radikal müxalifət Avrointeqrasiya yolunda heç bir müsbət rol oynaya bilməz"
"Radikal müxalifət Avrointeqrasiya yolunda heç bir müsbət rol oynaya bilməz və onların edə biləcəyi yeganə şey süni əngəl yaratmamaqdır".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze bildirib.
Onun sözlərinə görə, onların əngəl yaratdıqlarına dair çoxlu nümunələri var.
“Hər kəs, o cümlədən müxalifətin radikal hissəsi bu çox mühüm tarixi prosesə görə məsuliyyət daşımalıdır, ölkəmizin Avropa İttifaqına inteqrasiyasına süni maneələr yaratmamalıdır, biz buna dair nümunələri xatırlayırıq. Xüsusilə də vizanın liberallaşdırılması ilə bağlı. Kandelaki və “Milli Hərəkat”ın digər üzvləri Aİ ilə vizasız gediş-gəlişin qarşısını almaq üçün birbaşa Aİ dəhlizlərinə gedirdilər. Burada da təkcə işarələr deyil, birbaşa ifadələr eşitdik, məsələn, bu hakimiyyət şəraitində ölkə Avropaya inteqrasiya ola bilməz, biz buna layiq deyilik və s. Bu, süni maneələr yaratmaq cəhdidir ki, bu da məsuliyyətsizlikdir. Onlar Avrointeqrasiya yolunda heç bir müsbət rol oynaya bilməzlər və edə biləcəkləri yeganə şey süni maneə yaratmamaqdır”, - deyə İrakli Kobaxidze bildirib.


