14 
Apr
2022
19:55
370

Ukrayna Ali Radası Rusiyanın hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyıb

Ukrayna Ali Radası Rusiya Federasiyasının hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyıb. 

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Ali Qanunvericilik orqanının sədri Ruslan Stefançuk öz Twitter səhifəsində məlumat verib.

“Rusiya Federasiyasının Ukraynada soyqırımı təşkil etməsi haqqında” qərara 365 deputat səs verib.

Eyni zamanda, Ali Rada beynəlxalq ictimaiyyəti Rusiya işğalçılarının Ukraynada insanlığa qarşı törətdiyi hərbi cinayətləri pisləməyə çağırır.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də Donald Tramp kimi Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım adlandırmışdı.

Kanadanın  baş naziri Castin Trüdo və Kolumbiya prezidenti İvan Duke də Rusiyanın Ukraynaya təcavüzünü soyqırım kimi qiymətləndiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər