Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Parlament sədri və parlament nümayəndə heyəti bu gün Ukraynaya yola düşəcək

429
Parlament sədri və parlament nümayəndə heyəti bu gün Ukraynaya yola düşəcək
Dinləmək üçün basın

"Şalva Papuaşvilinin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Ukraynaya yola düşəcək".

 "Şalva Papuaşvilinin başçılıq etdiyi parlament nümayəndə heyəti bu gün Ukraynaya yola düşəcək".

lnterPress.ge xəbər verir ki, bu barədə parlament çoxluğunun üzvü Beka Odişariya bildirib.

"Şalva Papuaşvilinin rəhbərliyi ilə nəhayət həyata keçirilməsinə qərar verilən səfər çox vacibdir, o, tamamilə fərqli yük, çəki qazanıb, ona görə də biz tamamilə fərqli nəticələr gözləyirik. Parlament sədrləri arasında birbaşa əlaqə çox yəgin ki, mühüm əhəmiyyət kəsb edəcək, bir çox "saxta məlumat" əsaslandırılacaq və əminəm ki, bu iki dost ölkənin həmişə olduğu nöqtədən münasibətimiz olacaq", - deyə Odişariya bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik məqsədi ilə bağlı olaraq gündəm, marşrut və ya konkret vaxt haqqında danışmağa haqqı yoxdur. Ancaq səfərin bu gün baş tutacağına qərar verilib-verilmədiyini soruşduqda, Odişariya qərarın verildiyini cavablandırıb.

Nümayəndə heyətinin üzvləri gedişlə əlaqəli texniki məsələlərlə bağlı parlament sədrinin kabinetində toplaşıblar.

Xatırladaq ki, ilkin məlumata görə, səkkiz deputatdan ibarət nümayəndə heyəti Ukraynaya yola düşəcək. Nümayəndə heyətinə parlamentin sədri Şalva Papuaşvili rəhbərlik edəcək.

Onunla birlikdə üç vitse-spiker: Davit Sergeenko, Arçil Talakvadze və Levan İoseliani, həmçinin müxtəlif siyasi qrupların deputatları: Vaxtanq Meqrelişvili, Ana Naçvlişvili, Xatuna Samnidze və Qiorqi Xocevanişvili də Kiyevə gedirlər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →