Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

“Milli Hərəkat” Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirdi

533
“Milli Hərəkat” Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirdi
Dinləmək üçün basın

Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir. Aksiya Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin də daxil olduğu ABŞ Dövlət Departamentinin hesabatına…

Milli Hərəkat Partiyasının təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirilir. Aksiya Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin də daxil olduğu ABŞ Dövlət Departamentinin hesabatına aiddir.

lnterPress.ge xəbər verir ki, etirazçılar əllərində “Saakaşvili siyasi qaçqındır!”, “Aİ-yə zorla daxil ola bilmərik” və s. yazılmış plakatlar tutublar.

Milli Hərəkatın üzvü İrakli Nadiradzenin qeyd etdiyinə görə, “Gürcü arzusu” dəvəquşu mövqeyindədir və Gürcüstan tarixində heç vaxt olmamış ağır hesabatı görmür.

“Aksiyamız üç yerdə keçirilir və biz bu hesabatda yazılanları “Gürcü Arzusu”ndan eşitmək istəyirik” – deyə İrakli Nadiradze qeyd edib.
 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →