20 
Apr
2022
17:32
449

Daha bir ölkə NATO- ya üzvlüklə bağlı müzakirələrə başlayıb

Finlandiya parlamenti Rusiyanın Ukraynaya müdaxiləsi ölkənin hərbi ittifaqına siyasi və ictimai dəstəyin artmasına səbəb olduqdan sonra NATO-ya üzvlüklə bağlı müzakirələrə başlayıb. 

InterPress.ge xəbər verir ki, bu barədə “AFP” məlumat yayıb.

Finlandiyalı qanunvericilər hökumətin hesabatını nəzərdən keçirirlər və bu hesabatda vurğulanır ki, Finlandiya NATO üzvü olmadan hazırda alyansın tərəfdaşı olsa da, təhlükəsizlik zəmanətlərindən istifadə etmir.

Sənəddə deyilir ki, Finlandiyanın müdafiəsi üçün “çəkindirici təsir” ölkənin NATO-ya üzv olacağı təqdirdə əhəmiyyətli dərəcədə daha çox olacaq.

Finlandiya mətbuatının məlumatına görə, 200 finlandiyalı deputatın təxminən yarısı NATO üzvlüyünü dəstəkləyir və onlardan yalnız 12-si buna qarşıdır.

Finlandiyanın baş naziri Sana Marin bildirib ki, ölkəsi üzvlük üçün müraciət edib-etməmək barədə çox tez, bir neçə həftə ərzində qərar verəcək.

Məlumat üçün qeyd edək ki, İsveç Şimali Atlantika Alyansına üzvlük üçün müraciət edib-etməmək məsələsini də nəzərdən keçirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər