26 
Apr
2022
16:47
482

Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında telefon danışığı baş tutub


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub. İki ölkə prezidentləri Ukraynada gedən prosesləri müzakirə ediblər.

lnterPress.ge xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

“Mən həqiqətən telefon danışığının artıq baş verdiyini  və söhbətin Ukraynadan getdiyini təsdiq edə bilərəm”, - deyə Peskov bildirib.

Bununla belə, Türkiyə mətbuatının məlumatına görə, rusiyalı həmkarı ilə telefonla danışan prezident Ərdoğan İstanbul danışıqlarında sülhə zəmin yaratmaq üçün əldə edilən müsbət sürətin davam etdirilməsinin hər kəsin xeyrinə olduğunu bildirib. Ərdoğan atəşkəsin, humanitar dəhlizlərin səmərəli işləməsinin və təhlükəsiz evakuasiyanın vacibliyini vurğulayaraq, Türkiyənin hər kəsə ziyan vuran bu tendensiyanın dayandırılması və davamlı sülhün bərqərar olması üçün əlindən gələni edəcəyini bildirib.

Türkiyə prezidenti bir daha Rusiya və Ukrayna liderləri səviyyəsində danışıqların aparılması və bunun üçün İstanbul platformasından istifadə məsələsini gündəmə gətirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər