Baş nazir ABŞ Nümayəndələr Palatasına təşəkkür etdi
"ABŞ Nümayəndələr Palatasında Gürcüstanı dəstəkləyən qanunvericilik aktının qəbul edilməsi ölkələrimiz arasında strateji tərəfdaşlığın möhkəmliyini bir daha təsdiq edir və gücləndirir".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili öz Twitter səhifəsində yazıb.
Hökumət başçısı ABŞ Nümayəndələr Palatasına və Konqresmenlərinə Gürcüstanın suverenliyinə, ərazi bütövlüyünə, demokratiyasına və Şimali Atlantika Alyansına inteqrasiyasına göstərdikləri dəstəyə görə təşəkkür edib.
“Mən ABŞ Nümayəndələr Palatasına, onun rəhbərliyinə və Dostluq Qrupunun həmsədrləri Adam Kinzinger və Ceri Konoliyə Gürcüstanın suverenliyi, ərazi bütövlüyü, demokratiyası və Şimali Atlantika Alyansına inteqrasiyasına göstərdikləri dəstəyə görə təşəkkür edirəm”, - İrakli Ğaribaşvili bildirib.


