11 
May
2022
10:16
291

Avropa İttifaqı Suriyaya kömək üçün 6,4 milyard avro toplayır

Avropa İttifaqının (Aİ) təşkil etdiyi "Suriya və regionun gələcəyinə dəstək" altıncı Brüssel konfransının iştirakçıları Suriyaya yardım üçün 2022 və sonrakı illər üçün təxminən 6,4 milyard avro ayırmaq öhdəliyi götürüblər.

InterPress.ge xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) yaydığı yekun kommunikedə deyilir.

Maliyyələşdirmə Suriyada və suriyalı qaçqınları qəbul edən qonşu ölkələrdə yaşayan insanlara kömək edəcək.

Bu məbləğin 4,8 milyard avrodan çoxu Aİ tərəfindən vəd edilib, qalan məbləğ isə təşkilata üzv olan ölkə hökumətləri tərəfindən ödəniləcək.

Qeyd edək ki, 2011-ci ildə Suriyada böhran başlayandan indiyədək Aİ və üzv ölkələr bu ölkədə insanlara dəstək verən ən böyük donor olaraq qalır. İndiyədək ümumilikdə 27,4 milyard avro vəsait ayrılıb.

Bizimlə əlaqə saxlayın