Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Vahid Milli Hərəkatın üzvü Saakaşvilinin klinikaya köçürülməsi ilə bağlı açıqlama verdi

517
Vahid Milli Hərəkatın üzvü Saakaşvilinin klinikaya köçürülməsi ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

"Klinikaya getmək barədə qərarı Mixail Saakaşvilinin özü verəcək, həbs olunduğu gündən onun hüquqları pozulub, ona qarşı qeyri-insani rəftar və işgəncə faktları da görmüşük".

"Klinikaya getmək barədə qərarı Mixail Saakaşvilinin özü verəcək, həbs olunduğu gündən onun hüquqları pozulub, ona qarşı qeyri-insani rəftar və işgəncə faktları da görmüşük".

 lnterPress.ge xəbər verir ki, bu barədə Vahid Milli Hərəkatın üzvü Qiorqi Botkovel bildirib.

Onun sözlərinə görə, Saakaşviliyə qarşı qeyri-insani rəftar və işgəncə faktları olanda artıq hüquqlardan söhbət getmir.

“Biz tələblərdən yox, Mixail Saakaşvilinin malik olduğu hüquqlardan danışırıq. Onun sadaladığı maddələr qanunla təyin olunur. Hakimiyyətdən hər şey gözlənilir və o, çox gözəl bilir ki, hakimiyyət söz verib, sonra yalan danışa bilər. Yalanlar “Gürcü Arzusu”nun ayrılmaz hissəsidir. Klinikaya getmək barədə qərarı Mixail Saakaşvilinin özü verəcək. Həbs olunduğu gündən onun hüquqları pozulub. Qeyri-insani rəftar və işgəncə faktlarını da gördük. Bu gün bir deputatın Mixail Saakaşvilinin yanına daxil olmaq hüququ var. Deputatın həbsxanaya istədiyi qədər daxil olmaq hüququ var, lakin hökumət bunu tətbiq edib və Mixail Saakaşviliyə bu hüququ qadağan edib. Qeyri-insani rəftar və işgəncə faktları olanda artıq hüquqlardan söhbət getmir”, - deyə Botkovel qeyd edib.

Gürcüstanın ədliyyə naziri Rati Breqadze bildirib edib ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə "Vivamedi" klinikasında müayinədən keçmək təklif olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →