Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Qardabani Gənclər Mərkəzində “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri keçirilib - FOTO

570
Qardabani Gənclər Mərkəzində “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri  keçirilib - FOTO
Dinləmək üçün basın

Gürcüstan Yaşılay Cəmiyyətinin “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri Qardabani Gənclər Mərkəzində keçirilib.

Gürcüstan Yaşılay Cəmiyyətinin “Sağlam Yaşam, Sağlam Gələcək” adlı karikatura yarışmasının yekun tədbiri Qardabani Gənclər Mərkəzində keçirilib.

lnterPress.ge xəbər verir ki, tədbirdə Qardabani Gənclər Mərkəzinin İcraçı Direktoru Hacı Bəkiroğlu, Qardabani Gənclər Mərkəzinin sədri Elsevər Əhmədov, ”Beez” Uşaq Teatrının bədii rəhbəri Binəli İslamoğlu, ”Yeni Yol” qəzetinin redaktoru Azər Musaoğlu, Gürcüstan Yaşılay Cəmiyyətinin layihə koordinatoru Həcər Mustafayeva, Nəzərli ictimai məktəbinin müəllimi Elmar Eminov, müsabiqə iştirakçıları, Gənclər Mərkəzinin nəzdində fəaliyyət göstərən kurs tələbələri və valideynlər iştirak edib.

Gürcüstan Yaşılay Cəmiyyətinin müdiri İsa Xəmmədov qonaqları salamladıqdan sonra söz cəmiyyətin sədri cənab Zviad Koçalidzeyə verib.

Zviad Koçalidze çıxışı zamanı, cəmiyyətin fəaliyyətləri haqqında ətraflı məlumat verdikdən sonra İsa Xəmmədov “Zərərli vərdişlər və onların önlənməsi” mövzusunda təqdimat keçirib. 

Belə ki, müsabiqədə 1-ci yerə Bolnisidən Turanə Süleymanova,   2-ci yerə Marneulidən Hənifə Nəsibova və 3-cü yerə Qardabanidən Sina Həsənova layiq görülüb. 

Tədbir sonunda karikaturalardan ibarət video nümayiş olundu və ilk 3 yerin qaliblərinə təşəkkürnamə və hədiyyələr, digər iştirakçılara isə sertifikatlar təqdim olunub.


 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →