16 
May
2022
11:10
897

Gürcüstan ikinci əl geyimləri bu ölkələrdən alır

Gürcüstanda ikinci əl paltarların İdxalı son 8 ilin ən yüksək həddindədir.

lnterPress. xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib.

Məlumata əsasən, bu ilin ilk 3 ayında 6,270 milyon dollar (2293 ton) "second hand" (ikinci əl)  idxal edilib ki, bu da son 8 ilin ən yüksək göstəricisidir.

Daha dəqiq desək, 2021-ci ilin eyni dövründə (yanvar-mart) Gürcüstan 3,907 milyon dollar (1716 ton) dəyərində ikinci əl paltar alıb, 2020-ci ilin 3 ayında - 4,825 milyon ABŞ dolları (1,655 ton), 2019-cu ildə (yanvar-mart) - 5,034 milyon ABŞ dolları (1,450 ton), 2018-ci ilin 3 ayında - 5,249 milyon ABŞ dolları (1,679 ton), 2017-ci ilin eyni dövründə - 4,720 milyon ABŞ dolları (1,663 ton), 2016-cı ilin yanvar-mart aylarında - 3,515 milyon ABŞ dolları (1,040 ton), 2015-ci ilin ilk 3 ayında - 4 821 milyon ABŞ dolları (1 364 ton).

2022-ci ilin yanvar-mart aylarında Gürcüstanın ikinci əl mal idxal etdiyi ilk 5 ölkə:
Türkiyə - 798,9 ton (2,161 milyon ABŞ dolları)
Pakistan - 425,3 ton (474,9 min ABŞ dolları)
Böyük Britaniya - 242,6 ton (558,8 min ABŞ dolları)
Belçika - 140,3 ton (324,1 min ABŞ dolları)
Hollandiya - 109,9 ton (352 min ABŞ dolları)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər