17 
May
2022
11:04
910

Ümumdünya Səhiyyə Təşkilatı kəskin hepatit xəstəliyinin yayıldığını elan etdi

Ümumdünya Səhiyyə Təşkilatı kəskin hepatit xəstəliyinin yayıldığını elan edib.

InterPress.ge xəbər verir ki, xəstəlik bir ay ərzində 25 ölkəyə yayılıb.

Rəsmi məlumata görə, ümumilikdə 500 yoluxma halı müəyyən edilib, 11 uşaq ölüb.

Gözlərdə sarılıq, iştahsızlıq, zəiflik, ürəkbulanma və çaşqınlıq - Bu açıq simptomlar, mənşəyi bilinməyən infeksiya, kəskin hepatit ilə xarakterizə olunur. Elm adamları tərəfindən hələ də aydınlaşdırılmamış yeni virus sürətlə böyüyür və bir neçə gündən sonra uşağın vəziyyəti o qədər mürəkkəbləşir ki, qaraciyər transplantasiyası lazım ola bilir. İnfeksiya halları əsasən 1 yaşdan 16 yaşa qədər olan uşaqlarda aşkar edilir.

Kəskin hepatitə səbəb olan dəqiq səbəb hələ bilinmir, lakin araşdırmalar xəstəliyin soyuq dəymə simptomları ilə başladığını və infeksiyanın ilk günü şiddətli allergik reaksiyanın ola biləcəyini göstərib. Amerika Xəstəliklərə Nəzarət Mərkəzi artıq uşaqlarda 109 kəskin hepatit halını tədqiq edib.  Yoluxmuşların 90%-i xəstəxanaya yerləşdirilməli olub. Buradan 14%-də elə ağır forma müəyyən edilib ki, qaraciyər transplantasiyası zərurəti yaranıb və 5-i dünyasını dəyişib.

Aydınlaşdırıla bilməyən virus Gürcüstanda aşkar edilməyib. Xəstəliklərə Nəzarət Mərkəzi bildirib ki, bu mərhələdə heç bir şübhəli nümunə tədqiq olunmur, baxmayaraq ki, profilaktika üçün hazırlıqlar artıq başlayıb və uşaq klinikalarına göstəriş verilib.

Bizimlə əlaqə saxlayın