17 
May
2022
12:29
307

Kobaxidze: "Nika Qvaramia və Kaxaber Damenianın işi ilə bağlı hökmü siyasiləşdirmə cəhdləri puç olacaq"

"Rustavi 2-yə maliyyə ziyanın vurulması ilə bağlı məhkəmə işinə görə fövqəladə bəyanat verməyi planlaşdırmırdıq. Konkret insanlar konkret cinayət törətdi və buna görə  məhkəmə cəzaya məhkum etdi.  Qvaramia və Damenianın əvvəlki hakimiyyətin yüksək vəzifəli rəsmiləri və hazırda müxalif siyasi fəaliyyət ilə məşğul olmasına görə mediaya qarşı törədilmiş cinayətdə ifşa edilmələrinə siyasi münasibət bildirməyi əsas hesab etmirik”.

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri partiya ofisində keçirilən brifinqdə deyib.

İrakli Kobaxidze bildirib ki, Nika Qvaramia və Kaxaber Damenianın işi ilə bağlı hökmü siyasiləşdirmə cəhdləri puç olacaq.

“Əvvəldən qeyd edirik ki, Qvaramia və Dameniaya qarşı hökmdən danışmağı planlaşdırmırıq. Biz yalnız isterik kampaniyaya diqqət yetirmək istəyirik ki, bu da birmənalı olaraq ədaləti siyasiləşdirmək cəhdi kimi qiymətləndirilməlidir.

Bu cəhdi qiymətləndirmədən əvvəl sizə məhkəmə qərarı ilə bağlı QHT-nin açıqlamasından 20-dən çox sitatı xatırlatmaq istərdim: "Məhkəmə prosesinin gedişatı, eləcə də alınan qərar ədalətli məhkəmə tərəfindən qəbul edilən tələblərə uyğun deyil və hakimiyyətin qərarların qəbulu prosesinə kobud müdaxiləsi ilə bağlı şübhələrimizi daha da gücləndirir. Qeyd etmək lazımdır ki, bu qərar demokratik inkişafın gələcəyinə təsir edir, media azadlığını və plüralist media mühitini məhdudlaşdırır və ölkənin Avro-Atlantik inteqrasiyasını təhdid edir”.

Bu, məhkəmənin dünənki hökmü deyil, 2017-ci ilin qərarından sitatdır. 5 il əvvəl “Milli Hərəkat”, onunla əlaqədar QHT-lər, keçmiş prezident, keçmiş Xalq Müdafiəçisi və onların xarici lobbiçiləri “Rustavi 2” -nin işi ilə bağlı yalanlara əsaslanan isterik kampaniya aparırdılar. Bu yalan  Strasburqda Avropa İnsan Haqları Məhkəməsi tərəfindən 2 ildə ifşa edildi. 

“Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrdə “Rustavi 2” hər kəsin gözü qarşısında zəbt edildi, bu partiya və onun tərəfdaşları bildirirdi ki, məhkəmə bu TV-ni qanuni sahibində haqsız yerə qaytardı. Cəmiyyət hələ də oxşar kampaniyaya şahid olur. Xatırladaq ki, xronoloji olaraq Rustavi 2-nin işi gürcü ədalətinə qarşı kampaniyanın başlaması ilə bağlıdır və bu,  sovet təbliğatının üsullarından istifadə etməklə hələ də davam edir.

Dünənki hökmün təfərrüatları barədə danışmaq istəmirik, yalnız bir amilə diqqət yetirəcəyik. "Milli Hərəkat"ın yalançı hüquqşünasları təsdiqləyirlər ki, Qvaramia TV-nin mülkünü o dövrkü sahibi ilə razılıq əsasında ələ keçirib, bu tamamilə zəif bir arqumentdir - Televiziyanın qanunsuz sahibləri və baş direktor televiziyanı qanuni sahibinə qaytarmalı olduqları yerdə onu talan etməyi planlaşdırdıqda, bu, təbii ki, baş direktoru məsuliyyətdən azad etməyəcək.

Sonda Qvaramia cəzalandırılmaması ilə Gürcüstanın Avropa perspektivləri arasında bərabər işarə qoymağa çalışan insanlara cavab vermək lazımdır, həmin insanlara bildirirəm ki, Avropa Birliyi korrupsiya, ədalətsizlik və soyğunçuluq deyil, Aİ qanunun aliliyi olan və korrupsiyadan azad bir cəmiyyətdir. Qanunun aliliyi olmasa, biz heç vaxt Avropa ailəsinin üzvü ola bilmərik. Buna görə, dövlət hüququnu qorumaq üçün hakimiyyətimiz hər şey edəcək", - İrakli Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın