17 
May
2022
13:49
319

Baş nazir Brüsselə işgüzar səfərə başlayacaq

"Aİ-yə özünüqiymətləndirmə sorğu anketinə cavablarımızı verdikdən sonra Brüsselə ilk işgüzar səfərimə başlamağa şadam".

lnterPress.ge xəbər verir ki, bu barədə  Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “Twitter” sosial şəbəkəsində yazıb.

Baş nazir qeyd edir ki,  avropalı tərəfdaşlarla Aİ-yə namizəd statusunun perspektivlərini və Aİ gündəliyinin dərinləşdirilməsi üçün real mexanizmləri müzakirə etmək imkanı əldə edəcək.

"Aİ-yə özünüqiymətləndirmə sorğu anketinə cavablarımızı verdikdən sonra Brüsselə ilk işgüzar səfərimə başlamağa şadam. Mən avropalı tərəfdaşlarla görüşəcəyəm və Aİ-yə namizəd statusunun real perspektivlərini və Aİ gündəliyinin dərinləşdirilməsi üçün real mexanizmləri müzakirə etmək imkanım olacaq”, - deyə baş nazir qeyd edib.

Bizimlə əlaqə saxlayın