18 
May
2022
11:01
6055

Marneuli bələdiyyəsində ŞOK HADİSƏ: "Polis döydükdən sonra gənc oğlan özünü asdı"

Marneulinin Qaçağan kəndində gənc oğlan özünü asaraq öldürüb.

InterPress.ge xəbər verir ki, hadisə 16 may tarixində baş verib.

Kənd sakinlərinin verdiyi məlumata görə, bir müddət bundan əvvəl sözü gedən kənddə oğurluq hadisəsi baş verib və gənc oğlan həmin oğurluqda ittiham olunub.

Gənc ittihamları qəbul etməyib. 

Mərhumun yaxınları bildirir ki, oğlan polis bölməsində ifadə verdikdən sonra evə gəlib və anasına onu polis bölməsində polis tərəfindən döyüldüyünü deyib.

"Mərhum polis bölməsindən gələndə anasına polis tərəfindən döyüldüyünü deyib. Bundan sonra yəqin ki, gənc ittihamlara dayana bilməyib özünü öldürüb", - deyə gəncin yaxınları qeyd edir.

Bir neçə müddətdən sonra, anası oğlunu evdə tapa bilməyib, daha sonra mərhumun qardaşı onu zirzəmidə ölü halda tapıb.

Hazırda ölən şəxsin yaxınları bildirirlər ki, hadisə ilə bağlı şikayət olunub və araşdırma aparılır.

Mərhum bu gün torpağa tapşırılır.

Bizimlə əlaqə saxlayın