18 
May
2022
12:33
1791

Qanunsuz ağac kəsmə ilə bağlı yeni qanun

İstirahət zonalarında ağac və bitkilərin qanunsuz kəsilməsi və zərər verilməsi halında qanunvericiliyin sərtləşdirilməsi nəzərdə tutulur.

lnterpress.ge xəbər verir ki, bu barədə Tbilisi meri Kaxa Kaladze bildirib.

Onun, Tiflis Bələdiyyəsi Hökumətinin iclasında izah etdiyinə görə, qanunsuz ağac kəsməyə görə - cərimə 500 laridən 5000 lariyə, təkrarlanma halında isə 1000 laridən 10 000 lariyə yüksələcək.

Kaladzenin qeyd etdiyinə görə, yaşıl bitkilərin qeyri-qanuni kəsilməsinin aparıldığı ərazidə tikintiyə başlanılması qadağan ediləcək, habelə tikinti prosesi zamanı hər hansı mexaniki zədəyə görə icazə sahibi məsuliyyət daşıyacaqdır.

Onun sözlərinə əsasən, qeyd olunan qaydaların vaxtında təmin edilməsi üçün Şəhər Ətraf Mühitin Mühafizəsi Xidmətinə qanun layihəsini Şəhər Şurasına və Parlamentə təqdim etmək tapşırılacaq.


“Hər kəs yaxşı bilir ki, şəhərdə istirahət məkanlarının olması nə qədər önəmlidir və buna bənzər yaşıllıqların mövcudluğu, bərpası, yenilənməsi və dəyişdirilməsinə şəhər rəhbərliyi tərəfindən nə qədər diqqət yetirilir. Ciddi problemlərimiz var, sanitariya işləri aparılır və bu meydanlar və ya parklar həm Tbilisililərin, həm də qonaqların sevimli yerinə çevrilib. Yaşıllaşdırma ilə bağlı bəzi problemlərimiz var, icazəsiz ağac kəsmə, ağacların məqsədyönlü şəkildə zədələnməsi çox tez-tez müşahidə olunur ki, bu da şəhər üçün çox böyük problemdir. Biz bu istiqamətdə yanaşmaları sərtləşdirmək istəyirik, Gürcüstan parlamentinə təqdim olunacaq qanunvericilik dəyişikliyi hazırlamışıq və əminəm ki, onların dəstəyi ilə biz mövcud qanunvericiliyi sərtləşdirə biləcəyik.

Təklif olunan dəyişiklik qanunsuz ağac kəsmə ilə bağlı qanunvericiliyi sərtləşdirəcək - cərimə 500 laridən 5000 lariyə, təkrarlanma halında isə cərimə 1000 laridən 10 000 lariyə yüksələcək.

Kəsilmiş ağacın növünü müəyyən etmək mümkün olmadığı hallarda, yalnız 500 lari məbləğində cərimə nəzərdə tutulub, məbləğ təklif olunan dəyişikliklə artırılacaq və hər bir bitki üçün dəymiş ziyanın məbləği 5000 lari müəyyən ediləcək, həmçinin, zərərlərin hesablanması üçün müəyyən edilmiş əmsallar da üç dəfə artırılacaq.

Yaşıl bitkilərin qanunsuz kəsilməsinin aparıldığı yerdə bina yerləşdirmək qadağan olacaq və ikinti zamanı hər hansı mexaniki zədələnməyə icazə sahibi cavabdeh olacaq. Bizdə belə hallar olur ki, tikinti işləri üçün bitkilər kəsilir, əvvəlcədən kəsirlər, ağacları korlayırlar, sonra da icazə istəyirlər. Təbii ki, heç bir halda ağac və ya bitkilərin zədələnəcəyi və ya kəsiləcəyi yerə əvvəlcədən icazə verilməyəcək”, - deyə Kaxa Kaladze qeyd edib.

Tbilisi merinin sözlərinə görə, qanunvericiliyin sərtləşdirilməsi ekspert rəylərinə də şamil ediləcək və ekspert sağlam ağacla bağlı yanlış rəy təqdim edərsə, o, ilkin olaraq cərimələnəcək, təkrarlanma halında isə fəaliyyəti dayandırılacaq.

“Qeyd etmək lazımdır ki, ekspert rəyləri baxımından vəziyyət çox pisdir, bu istiqamətdə tam fəlakət baş verir. Burada da qanunvericilik sərtləşdiriləcək, ekspert səhv nəticə çıxarıbsa, sağlam ağac haqqında, sanki kəsilib və ya pis vəziyyətdədir kimi, rəy yazarsa, o, cərimələnəcək, təkrarlanacağı təqdirdə fəaliyyəti dayandırılacaq və bir daha bu fəaliyyətə qayıtmayacaq”, - deyə Kaxa Kaladze qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər