18 
May
2022
12:56
5293

Marneuli bələdiyyəsində özünü asan oğlanın qardaşı hadisənin təfərrüatlarını danışdı - FOTO

Marneuli bələdiyyəsinin Qaçağan kəndində 46 yaşlı Rauf Bayramov özünü asaraq öldürüb.

InterPress.ge xəbər verir ki, hadisə may ayının 16-da baş verib.

Onun cansıs bədənini qardaşı Səməd Bayramov evin zirzəmisində tapıb.

Qardaşı qeyd edir ki, o, anasına polis tərəfindən döyüldüyünü və ona qarşı edilən oğurluq ittihamını qəbul edilməsi istənilib.

“Qardaşım əqli cəhətdən ikinci dərəcəli əlil idi. May ayının 13-də kəndimizdə oğurluq hadisəsi baş vermişdi. Həmin oğurluq hadisəsi baş verən evin sahibi polisə ifadə verən zaman oğurluq hadisəsində qardaşımın da iştirak etdiyini iddia etmişdi. Bundan sonra qardaşım polis bölməsinə çağırıldı və bir neçə dəfə sorğuya alındı. Qardaşım polisdən evə gəldikdən sonra anama və dostuna polis tərəfindən "təpik, yumuruqla" döyüldüyünü deyib və oğurluq ittihamını qəbul edilməsini tələb ediblər. May ayının 16-sı zirzəmiyə daxil olarkən qardaşımı zirzəmidə gördüm, qaranlıq idi, səslədim ki, neynirsən burada, qardaşımdan səs gəlmədi, daha sonraa gördüm ki, o, özünü asıb. Bədəni soyuğ idi, elə düşünürəm ki, o, özünü gecə satlarında asıb. Hazırda polisin döydüyünə dair araşdırma aparılır, ekspertiza cavabını gözləyirik”, - deyə Səməd Bayramov qeyd edir.

Bizimlə əlaqə saxlayın