Magistral yolun Qori hissəsində baş verən qəzada 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.
lnterPress.ge xəbər verir ki, yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qori və Kareli xəstəxanalarına yerləşdirilib.
Məlumata görə, yaralılardan biri piyada, dördü isə avtomobil sərnişinidir.
Qəza bu yaxınlarda mərkəzi magistralın Qori-Kareli hissəsində baş verib.
Toqquşma nəticəsində hər iki avtomobil yanıb.

