Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

VMH lideri və Gürcü Arzusunun deputatı arasında mübahisə yaranıb

552
VMH lideri və Gürcü Arzusunun deputatı arasında mübahisə yaranıb
Dinləmək üçün basın

Parlamentin iclasında səs küy yaranıb.

Parlamentin iclasında səs küy yaranıb.

InterPress.ge xəbər verir ki, Vahid Milli Hərəkatın liderlərindən biri Xatiya Dekanoidze ilə Gürcü Arzusunun deputatı Arçil Talakvadze arasında mübahisə hakim partiyanın lideri qanunverici orqana çağırılacaq nazirlərin siyahısını təqdim edəndən sonra başlayıb.

Milli Hərəkat fraksiyasının sədri Xatiya Dekanoidze hakim partiyanın iş qaydalarını rədd edib və bu, iclasda mübahisə və səs-küyə səbəb olub.

Arçil Talakvadze müxalifətə parlamentə daxil olmadıqları və qanunvericilik həyatından getdikləri 7 ayı xatırladıb.

Cavab olaraq Xatia Dekanoidze hökuməti xərclənən milyardlara baxmayaraq pandemiya prosesini idarə edə bilməməkdə ittiham edib.

Milli Hərəkat Parlament Bürosunun iclasında bildirib ki, vaxt daralır – Saakaşvilinin səhhəti yoxlanılır və ona görə də deputatlar ilk növbədə ədliyyə nazirini dinləməlidirlər.

Gürcü arzusunun qərarı ilə nazir saatı həftənin cümə günü baş tutacaq və ilk çıxışın edən xarici işlər naziri olacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Aİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribSon xəbərlərə bax →