Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Bu gün Saakaşvilinin məhkəmə prosesi keçiriləcək

445
Bu gün Saakaşvilinin məhkəmə prosesi keçiriləcək
Dinləmək üçün basın

Külli miqdarda büdcə vəsaitini mənimsəməkdə təqsirləndirilən sabiq prezident Mixail Saakaşvili və Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşiyanın məhkəməsi mayın 24-də keçiriləcək.

lnterPress.ge xəbər verir ki, iclas Tbilisi Şəhər Məhkəməsində saat 11:00-a təyin edilib.

Mixail Saakaşvili səhhətinə görə məhkəmədə iştirak etməyəcək.

Çox güman ki proses, əvvəlki iclaslar kimi, təxirə salınacaq. Sabiq prezident son məhkəmə prosesində onsuz iclas keçirməkdən imtina edib.

Bu işdə Mixail Saakaşvili ilə yanaşı Xüsusi Dövlət Mühafizə Xidmətinin keçmiş rəhbəri Teymuraz Canaşia da ittiham olunur. Prokurorluq təqsirləndirilən şəxsləri külli miqdarda büdcə pulunu - 9 milyon lari mənimsəməkdə ittiham edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →