Dubaydan Batumiyə birbaşa uçuşlar başlayır
Dubaydan Batumiyə birbaşa uçuşlar başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Turizm və Kurortlar Departamenti məlumat yayıb.
Məlumata görə, uçuşlar iyun ayında başlayacaq. Fly Dubai yay turizm mövsümünün sonuna qədər həftədə üç dəfə uçuş həyata keçirəcək. Air Arabia də Dubaydan Batumiyə uçuşlar planlaşdırır.
Bundan əlavə, Departamentdən bildirilib ki, Birləşmiş Ərəb Əmirlikləri Acarsıtan üçün maraqlı turizm bazarlarından biridir və işgüzar turizmin təşviqi məqsədilə turizm və dövlət qurumlarının nümayəndələri ilə görüşlər keçirilir. O cümlədən milyonlarla sərnişinə Batumi turizm paketləri təqdim etməyə başlayan, BƏƏ-nin ən böyük aviasiya və səyahət xidmətləri göstərən DNATA şirkəti ilə də danışıqlar davam etdirilir.


