25 
May
2022
13:51
269

DİN qanunsuz odlu silah-sursat ələ keçirdi - 3 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşları əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Şida Kartli, Mçxeta-Mtianeti və Quria da qanunsuz odlu silahlar, eləcə də qeyri-qanuni sursat ələ keçirib və 3 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şida Kartli Polis Departamentinin Qori Rayon Şöbəsinin əməkdaşları 1980-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş L.V.-ni qanunsuz odlu silah və döyüş sursatı əldə etmə və daşıma ittihamı ilə saxlayıblar.

Mçxeta-Mtianeti Polis Departamentinin Duşeti Rayon Şöbəsinin əməkdaşları 1983-cü il təvəllüdlü İ.K.-ni qanunsuz odlu silah və döyüş sursatının alınması və saxlanması ittihamı ilə saxlayıblar.

1999-cu il təvəllüdlü, əvvəllər məhkum olunmuş Q.B. Quria Polis İdarəsinin Lançxuti və Ozurqeti Rayon Bölmələrinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah və döyüş sursatı almaq-saxlamaq-daşımaq ittihamı ilə saxlanılıb. Polis onun şəxsi axtarış nəticəsində, "Browning" sistemli tapança və patronu sübut kimi ələ keçirib.

Qanunsuz odlu silah və döyüş sursatını əldə etmə, saxlama və gəzdirmə Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü bəndləri ilə araşdırılır.

Cinayətlər 3 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın