27 
May
2022
15:08
422

"Salome Zurabişvili məhkəmə institutuna ziyan vurdu" - Kobaxidze

“Gürcü Arzusu” partiyasının sədri Salome Zurabişvilinin mayın 26-da keçirilən tədbirdəki çıxışını tənqid edib.

InterPress.ge xəbər verir ki, İrakli Kobaxidze prezidentin çıxışında arqumentasiya və kontekst əksikliyi olduğunu bildirib.

"O, məhkəmənin reputasiyasına xələl gətirməyə çalışdı, amma əslində prezident institutuna xələl gətirdi.

O ki qaldı məhkəmə ilə bağlı verilən açıqlamaya, məncə, biabırçılıq da məhz bu ifadə idi. Mən bunu birbaşa və cəsarətlə deyirəm. 

Əvvəla, mayın 26-da, təntənəli gündə, nə danışacağını bilmədiyin vaxt bu, çox ciddi problemdir. Prezident institutunu qorumaq üçün bunu Gürcüstan prezidentinə bildirməliyik. 

Əminəm ki, bu yalan bəyanatı ilə o, məhkəmə institutunun nüfuzuna xələl gətirməyə çalışdı, ancaq əslində prezident institutuna xələl gətirdi. 

Birincisi, nə vaxt, hansı bəyanatla çıxış etməyə dair konteksti bilmək lazımdır, ikincisi, prezident arqumentsiz bəyanatlar verəndə, dövlət qurumuna hücum edirsə, bu, təbii ki, ciddi problemdir, - İrakli Kobaxidze bildirib.

Hakim partiya sədrinin sözlərinə görə, buraxılan səhvə baxmayaraq, hakim komanda prezident Zurabişvilinin bəyanatını impiçment üçün əsas hesab etmir.

Mayın 26-da keçirilən tədbirdə çıxış edən Gürcüstan prezidenti məhkəmə sistemini kəskin tənqid edərək, bunu “biabırçılıq” adlandırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər