Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İrakli Ğaribaşvili: "Hökumət olmasaydı bu gün Gürcüstan da ikinci Mariupol olacaqdı"

337
İrakli Ğaribaşvili: "Hökumət olmasaydı bu gün Gürcüstan da ikinci Mariupol olacaqdı"
Dinləmək üçün basın

"Ölkəmizi hansısa yolla müharibəyə cəlb etmək üçün əlinizdə qalan yeganə yol sizə yaramadı. Əsas qaçaqmalçılıq mallarını inqilab təşkil etmək və ölkədə sabitliyi pozmaq istəyən Saakaşviliyə göndərin."

"Ölkəmizi hansısa yolla müharibəyə cəlb etmək üçün əlinizdə qalan yeganə yol sizə yaramadı. Əsas qaçaqmalçılıq mallarını inqilab təşkil etmək və ölkədə sabitliyi pozmaq istəyən Saakaşviliyə göndərin."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili parlamentin plenar iclasında müxalifətdən olan deputatlar qarşısında belə çıxış edib.

Onun sözlərinə görə, Saakaşvili ölkəyə sırf sabitliyi pozmaq məqsədi ilə gəlib və hökumət olmasaydı, bu gün Gürcüstan da ikinci Mariupol olacaqdı.

"Siz iflas etmiş müxalifətsiniz və həqiqətən də heç nəyiniz yoxdur, ölkəmizi hər hansı formada müharibəyə cəlb etmək üçün əlinizdə qalan yeganə yol da sizə yaramadı. Əsas qaçaqmalları inqilab təşkil edib ölkədə sabitliyi pozmaq istəyən Saakaşviliyə göndərin ki, buna nail olmadın, heç vaxt da bacarmayacaqsan. Onda sual yaranır ki, cənab Saakaşvili nə üçün Gürcüstana gəlib – yeganə məqsəd hansısa yolla sabitliyi pozmaq olub? Mən hətta əvvəllər də demişəm ki, Rusiyanın Ukraynaya müdaxiləsi noyabr-dekabr aylarında planlaşdırılıb.  Müharibənin yenidən başlaması üçün elementar təxribat lazımdır", - İrakli Ğaribaşvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiAidə Rüstəmova

Son xəbərlər

Kobaxidze: Gürcüstanda yarım milyondan çox insan yoxsulluqdan çıxıbAİ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib – 12 fiziki şəxs və 101 qurum sanksiyalara məruz qalıbAİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirSon xəbərlərə bax →